İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
29 Aprel 2025 15:16
2 520
Xəbər verdiyimiz kimi, “Modern” Media Qrupu ilə Azərbaycan Tibb Universitetinin ortaq sosial layihəsi çərçivəsində jurnalistlər üçün ödənişsiz göz əməliyyatı təşkil olunur.
APA xəbər verir ki, Azərbaycan oftalmologiyasının görkəmli nümayəndəsi akademik Zərifə Əliyevanın doğum günü ərəfəsində bu xeyriyyə aksiyası davam etdirilib.
Aksiya zamanı 65 jurnalist müayinələrdən keçirilib. Onların 10-a yaxını üzərində ATU-nun Tədris Cərrahiyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri, dosent Qurban İsmayılov və dosent Hafiz Qəhrəmanov tərəfindən müxtəlif göz əməliyyatları icra edilib. Sosial layihə çərçivəsində media nümayəndələri üçün aksiyanın ikinci hissəsi mayın 10-da aparılacaq.
Xatırladaq ki, tanınmış oftalmoloq Qurban İsmayılov mütəmadi olaraq ödənişsiz aksiyalar həyata keçirir ki, bu sırada şəhid ailə üzvləri, qazilər və müharibə veteranları xüsusi yer tutur.
25 Mart 17:27
1 323
25 Mart 15:08
1 330
25 Mart 15:03
1 344