

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə, “Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu” tərəfindən 01 may - 31 iyul 2025-ci il tarixlərini əhatə edən, “Əlilliyi olan şəxslərə hüquqi və mənəvi dəstək” adlı layihəsinin icrasına başladı.
Layihənin rəhbəri, Azərbaycan Respublikasının “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucov layihənin məqsəd və məramı haqqında məlumat verərək bildirdi ki, vətəndaş olaraq hər birimiz, şəhidlərimizə, müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin yaranmış tibbi-sosial problemlərinin həllinə biganə qalmamalıyıq.
Etiraf etmək lazımdır ki, bu gün şəhid ailələrinin, müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin cəmiyyətin mənəvi-psixoloji dəstəyinə ehtiyacı vardır. Bu kateqoriyadan olan insanların problemləri yalnız onların deyil, bütün cəmiyyətin əsas qayğısı sayılmalıdır.
Məhs buna görə də şəhid ailələrinə, müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərə diqqət və qayğı artırmaq məqsədi ilə “Əlilliyi olan şəxslərə hüquqi və mənəvi dəstək” layihəsini həyata keçirtmək planlaşdırmışıq.
Layihənin əsas məqsədi, müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin tibbi-sosial problemlərinin həllinə hüquqi və mənəvi dəstək verərək, aidiyyatı olan dövlət qurumlar tərəfindən təmin olunaraq, şəhid ailələri və müharibə veteranları arasında yaranmış narazılıqları aradan qaldırmaqdır.
Layihə çərçivəsində şəhid ailələrinin, müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin yaşadığları evlərinə gedərək onların yaşayış şəraitləri ilə yaxından tanış olmaq, onların tibbi-sosial, hüquqi ehtiyaclarını yerindəcə öyrənərək mövcud olan problemlərinin həlli ilə bağlı aidiyyatı olan dövlət qurumlara rəsmi müraciətlər göndərərək, layihənin benefisiarlarının yaranmış tibbi-sosial problemlərinin operativ həllinin təmin olunmasına hüquqi köməklik göstəriləcəkdir.
Cavid