
“Burada diqqətçəkən məqam Çin faktorudur
7 May 23:22
7 May 23:22
7 May 23:10
7 May 23:00
Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsinə dair tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Binəqədi rayonu Biləcəri qəsəbəsinin sakinləri ilə görüşü keçirilib.
Qəsəbə sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan və 400-ə qədər Biləcəri sakininin iştirak etdiyi görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı şəhərinin və Binəqədi rayonunun təsərrüfat və digər xidmət sahələrinin rəhbərləri 2 saatdan çox, ayaq üstə zala toplaşanların müraciət və təkliflərini dinləyiblər.
Görüşdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan özünün zəngin və coxəsrlik tarixi ərzində ən xöşbəxt günlərini yaşayır.
Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi Fərdi Ağamalıyev qəsəbədə görülmüş işlərlə bağlı hesabat verib.
“Açıq mikrofon” formatında, maraqlı dialoq şəklində və sakinlərin böyük fəallığı ilə keçən görüşdə 30-dan çox qəsəbə sakininin çıxış və müraciəti dinlənilib, onlar son vaxtlarda Bakı şəhərində və eyni zamanda, Biləcəri qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.
Müraciətlər əsasən fərdi yaşayış evlərinin sənədləşdirilməsi, qəsəbədə su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, məşğulluq, qəzalı binaların və dam örtüyünün təmiri, köhnə liftlərin dəyişdirilməsi, qəsəbədə yeni qəbiristanlıq üçün yer ayrılması, nəqliyyat və s. olub.
Görüş zamanı bəzi müraciətlər yerində həll edilib, sakinlərin digər müraciət və təklifləri ilə bağlı müvafiq tapşırıqlar verilib, bütün müraciət və təkliflər nəzarətə götürülüb.