

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
***
21:28
Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
21:20
Xəbər verildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yaşayış evində yanğın baş verib və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
APA FHN-ə istinadən xəbər verir ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Həmçinin, Nazirliyin qüvvələri tərəfindən yanğın yerində sakinlərin təxliyəsi həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
21:07
Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yanğın baş verib.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.