İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
14 May 2025 20:24
2 954
19:35
Rusiyanın paytaxtı Moskvanın Çertanovski məhkəməsi Hüseyn Həsənovu çirkli pulların yuyulması işi üzrə qiyabi həbs edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü bəndi (çirkli pulların yuyulması) ilə qiyabi ittiham olunub. Rusiyada bu maddə ilə onu 7 ilə qədər həbs gözləyir.
Bundan əlavə, bloger axtarışda olanlar siyahısına salınıb. Daxili İşlər Nazirliyinin axtarışda olanlar siyahısında axtarışın hansı maddə ilə aparıldığı qeyd olunmayıb.
Qeyd edək ki, Hüseyn Həsənov iş adamıdır, biznes bacarıqlarının öyrədilməsi üzrə onlayn kursların müəllifidir. Mənbələrə görə, o, Rusiyadan kənarda yaşayır.
25 Mart 17:27
1 323
25 Mart 15:08
1 330
25 Mart 15:03
1 344