Şəhid Muxtar Bayram oğlu Məmmədovun nəşi Naxçıvana gətirilib Hadisə

Şəhid Muxtar Bayram oğlu Məmmədovun nəşi Naxçıvana gətirilib

I Qarabağ müharibəsində itkin düşən, şəhid Muxtar Bayram oğlu Məmmədovun nəşi Naxçıvana gətirilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında üçrəngli bayrağa bükülmüş şəhidin tabutunu ailə üzvləri, yaxınları, dövlət və hökumət nümayəndələri qarşılayıb.

Yayılım atəşi açılıb, Qurani-Kərimdən ayələr oxunub, şəhidin cənazəsinin önündən keçilib.
Qeyd edək ki, şəhidlə vida mərasimi onun doğulduğu Sədərək rayonu Dəmirçi kəndində keçiriləcək.

Muxtar Bayram oğlu Məmmədov Dəmirçi kəndində doğulub və o, könüllü olaraq I Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib.

26 yanvar 1994-cü ildə erməni işğalçılarına qarşı gedən döyüşlərdə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.

Şəhid Muxtar Bayram oğlu Məmmədovun nəşi Naxçıvana gətirilibŞəhid Muxtar Bayram oğlu Məmmədovun nəşi Naxçıvana gətirilibŞəhid Muxtar Bayram oğlu Məmmədovun nəşi Naxçıvana gətirilibŞəhid Muxtar Bayram oğlu Məmmədovun nəşi Naxçıvana gətirilibŞəhid Muxtar Bayram oğlu Məmmədovun nəşi Naxçıvana gətirilibŞəhid Muxtar Bayram oğlu Məmmədovun nəşi Naxçıvana gətirilib