

“İnformasiya texnologiyaları tətbiqi ilə düzəldilmiş 44 müvafiq fakt aşkarlanaraq, cinayət işi başlanıb”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsində Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov deyib.
O bildirib ki, aparılmış monitorinqlər nəticəsində insan alverinin təbliği ilə məşğul olan 156, cari ötən dövrdə isə 124 Teleqram, Tiktok və İnstaqram kanalı bağlanıb: "2024-cü ildə insan alveri əxlaqsızlıq yuvaları saxlamaq, yetkinlik yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlb etmə, pornoqrafik materialları yaymaya görə 30 təqsirləndirilən şəxs yerli axtarışda olub, onlardan 16 nəfər, o cümlədən insan alverinə görə 3 nəfər saxlanılıb."