İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
22 May 2025 20:25
2 247
Cəlilabad sakinini sahibsiz itlər dişləyib.
Xalqcebhesi.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Kazımabad kəndində baş verib.
Belə ki, kənd sakini, 1970-ci il təvəllüdlü R.Əsgərova sahibsiz itlərin hücumuna məruz qalıb. Hücum nəticəsində qadın müxtəlif dərəcəli xəsarətlər alıb.
Qadını itlərdən kənd sakinləri xilas edib. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.
Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, 1 nəfər it dişləməsi səbəbindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 1970-ci il təvəllüdlü (qadın cinsli) şəxsə sol aşağı ətrafın irihəcmli cırılmış, dişlənmiş yaraları diaqnozu təyin edilib. Zəruri tibbi yardımlar göstərildikdən sonra vəziyyəti kafi qiymətləndirildiyindən o, ambulator müalicə üçün evə buraxılıb. Hazırda yaralının müalicəsi davam edir.
25 Mart 17:27
1 316
25 Mart 15:08
1 316
25 Mart 15:03
1 323