İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
24 May 2025 22:07
3 745
Bu gün axşam saatlarında sürət qatarı piyadanı vurub.
Xalqcebhesi.az xəbər verir ki, bu haqda Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.
Qeyd olunub ki, Zabrat 2 - Sabunçu sahəsində hərəkətdə olan qatarın qarşısına qəflətən bir nəfər çıxıb.
Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğu üçün hadisə qaçılmaz olub. Ərazidəki əməkdaşlar tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və həmin şəxs xəstəxanaya aparılıb.
ADY bir daha insanları dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.
25 Mart 17:27
1 323
25 Mart 15:08
1 330
25 Mart 15:03
1 344