

Zaqatalada baş verən yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 20 radələrində Zaqatala şəhəri ərazisində, Tala çayı üzərindəki “Asma körpü”də baş verib.
Belə ki, hərəkətdə olan motosiklet minik avtomobili ilə toqquşub. Qəza zamanı xəsarət alan 2001-ci il təvəllüdlü rayonun Yuxarı Tala kənd sakini Rövşən Elşən oğlu Qurbanov və 1993-cü il təvəllüdlü rayonun Qımır kənd sakini Tamerlan Əhməd oğlu Əhmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirliblər.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.