
Tərtərdə kafe yanıb.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 80 m² olan kafenin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yaxınlıqdakı tikilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.