

3 İyun 17:28
Xankəndidə, Qarabağ Universitetində Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilir.
APA-nın Qarabağ bürosu xəbər verir ki, “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən, Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin tərəfdaşlığı, Qarabağ Dirçəliş Fondu, Təhsilin İnkişafı Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə keçirilən forumda elm və təhsil naziri Emin Əmrullayev, İqtisadiyyat Naziriliyinin rəsmiləri, Prezidentin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov və digər şəxslər iştirak edirlər.
Forum Ümumilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin anılması, Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayıb.