MN: Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda yararsız döyüş sursatları məhv ediləcək Hadisə

MN: Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda yararsız döyüş sursatları məhv ediləcək

2-5 may tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", məlumatda deyilir.