Elsevər Məmmədov Niderland- Belçika Azərbaycanlıları Koordinasiya Şurasının yeni koordinatoru seçildi Hadisə

Elsevər Məmmədov Niderland- Belçika Azərbaycanlıları Koordinasiya Şurasının yeni koordinatoru seçildi

Niderland Krallığının paytaxtı Amsterdam şəhərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yerli Azərbaycan icması ilə keçirdiyi görüş uğurla başa çatıb. Görüş zamanı Koordinasiya Şurası üçün yeni koordinator seçilib.

Benilüks Azərbaycanlıları Konqresi/Benelux Azerbaijanis Congress nin sədri Elsevar Mammadov qarşıdakı iki il müddətinə Koordinasiya Şurasının koordinatoru təyin olunub.

Qeyd edək ki, Koordinasiya Şurası Azərbaycan diasporunun əlaqələndirilməsi, birliyinin möhkəmləndirilməsi və birgə fəaliyyətin təşkili baxımından mühüm rol oynayır.

Elsevar müəllimi təbrik edirəm, bu müqəddəs amalda uğurlar arzulayır və inanıram ki, növbəti iki il ərzində Koordinasiyanın daha mühüm addımlar atmasında böyük xidmətləri olacaq.

Cavid