Balakəndə 55 yaşlı kişi öz evini yandırıb Hadisə

Balakəndə 55 yaşlı kişi öz evini yandırıb

Balakən rayonunun Qazma kəndində 55 yaşlı kişi özünə məxsus yaşayış evini yandırıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saat 04:00 radələrində qeydə alınıb.

Kənd sakini Camal Hidayət oğlu Məmmədova məxsus, ikimərtəbəli və 7 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları tamamilə yanıb. Alovun söndürülməsi üçün əraziyə Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

İlkin araşdırma zamanı müəyyən edilib ki, əsəb xəstəliyindən əziyyət çəkən Camal Məmmədov öz əmlakını qəsdən yandırıb. Onun evdə tək yaşadığı, ailə üzvlərinin isə hazırda Qazaxıstan Respublikasında yaşadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.