İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
5 İyun 2025 09:32
2 422
İyunun 4-də saat 20 radələrində Babək rayon Şəkərabad kənd sakini 1978-ci il təvəllüdlü Leyla Qoçəliyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
APA xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası prokurorluğunun məlumatında bildirilib.
Qeyd edilib ki, araşdırmalarla Babək rayon Şəkərabad kənd sakini 2001-ci il təvəllüdlü Nihad Qoçəliyevin Leyla Qoçəliyevanı kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Nihad Qoçəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
APA-nın əldə etdiyi məlumata görə, Leyla Qoçəliyeva Nihat Qoçəliyevin anasıdır.
25 Mart 17:27
1 323
25 Mart 15:08
1 330
25 Mart 15:03
1 344