Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan yeniyetmə həbs edilib
30 il əvvəl taksi sürücüsünü boğaraq meyitini boruda gizlədən iki nəfər həbs edilib - BİRGƏ MƏLUMAT
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Tramp: "Yaxın 36-72 saat ərzində İranla sülh danışıqları mümkündür"
5 İyun 2025 12:36
2 303
Sabahın havası açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-28° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 50-60% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.