

Qida məhsulları ilə təmasda olan ağıllı materiallar və məmulatlara dair tələblər müəyyənləşib.
APA-nın xəbərinə görə, bu, “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları”nda əksini tapıb.
Ağıllı material və məmulatlar qablaşdırılmış qida məhsullarını və ya onları əhatə edən ətraf mühitin vəziyyətini nəzarətdə saxlayan material və məmulatlar (məs., yararlılıq müddəti ərzində qida məhsulu üçün təhlükəsiz temperatur həddinin keçilməsi zamanı rəngin dəyişməsi ilə istehlakçını məlumatlandıran zaman-temperatur indikatorları) sayılır.
Sənədə əsasən, ağıllı material və məmulatlar qida məhsulunun vəziyyəti ilə bağlı istehlakçını aldatmamalıdır. Eyni zamanda ağıllı material və məmulatlar onların yeyilməyən hissələri istehlakçılar üçün tam başa düşülən və aktiv və ağıllı material və məmulat olması aydın ifadə edilən formada etiketlənməlidir.