İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
12 İyun 2025 10:57
2 156
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda birgə təlim keçirib.
Bu barədə FHN-dən bildirilib.
Təlimə FHN-in Cənub Regional Mərkəzi ilə yanaşı, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub. Təlim zamanı xilasedicilər şərti nəqliyyat qəzası zamanı avtomobillərdə baş vermiş “yanğını operativ söndürərək”, deformasiyaya uğramış avtomobillərdən “zərərçəkmişləri xilas edib onlara təxirəsalınmaz ilkin yardım göstəriblər”. Uğurla keçən təlimin sonunda nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.
25 Mart 17:27
1 302
25 Mart 15:08
1 309
25 Mart 15:03
1 316











