Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan yeniyetmə həbs edilib
30 il əvvəl taksi sürücüsünü boğaraq meyitini boruda gizlədən iki nəfər həbs edilib - BİRGƏ MƏLUMAT
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Tramp: "Yaxın 36-72 saat ərzində İranla sülh danışıqları mümkündür"
12 İyun 2025 11:07
2 198
İyunun 11-də vətəndaşların bank kartlarından 2594, 1500, 820, 400, 306, 300, 104, 60, 48 manat və 89 avro məbləğində pul vəsaitləri kiber üsulla oğurlanıb.
APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
"Bu hallar, əsasən, naməlum nömrələrdən gələn zənglər, “sizin adınız, nömrəniz uduşa düşüb” kimi mesajlar, saxta saytlar və sosial platformalar vasitəsilə həyata keçirilir.
Zərərə məruz qalmamaq üçün bank kartının CVV kodu (kartın arxa hissəsindəki 3 rəqəm), OTP – mobil telefonunuza gələn təsdiq şifrəsi, PIN kodunu paylaşmayın, verməyin. Bu məlumatları istəyəni bank işçisi kimi tanımayın, cinayətkardır", DİN-dən bildirilib..
Daxili İşlər Nazirliyi vətəndaşları bir daha diqqətli olmağa, şübhəli hallarla rastlaşdıqda dərhal polis orqanlarına və banklara müraciət etməyə çağırır.