

30 İyul 16:34
30 İyul 15:48
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, avtomat hidroloji stansiyaların iyunun 15-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.
Yağan yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçay çayından sel keçir.
Böyük Qafqaz ərazisindən axan Əyriçayda 69 sm, Katexçayda 24 sm, Qudiyalçayda 4 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 16 sm, Zəyəmçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 5 sm, Oxçuçay və Bərgüşadçayda 2 sm artım qeydə alınıb.
Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 12 sm artıb, su sərfi 132 m3/san olmaqla normanın 78%-ni təşkil edir.