Media Reyestrində olmayan çap mediası subyektinin nəşri qadağan olunur Hadisə

Media Reyestrində olmayan çap mediası subyektinin nəşri qadağan olunur

Çap mediası subyekti Media Reyestrində olmadan fəaliyyət göstərdikdə onun çap mediası məhsulunun özü, yaxud nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımı qadağan edilir.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Media haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda qüvvədə olan qanuna əsasən, çap mediası məhsulunun yayımının dayandırılmasına, onun tirajının, yaxud tirajının bir hissəsinin müsadirə edilməsinə yalnız məhkəmə qərarı ilə yol verilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.