

“Moody’s Ratings” beynəlxalq reytinq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin (CQD) kredit reytinqini artırıb.
"APA-Economics" xəbər verir ki, "Moody's" şirkətin xarici valyutada dəstəklənmiş təminatsız borc reytinqini “Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə yüksəldib. Başqa sözlə, reytinq agentliyi CQD-yə investisiya reytinqi verib. Agentlik “müsbət" proqnozunu dəyişməz saxlayıb. Bu, gələcəkdə reytinqin daha da yüksəlməsi ehtimalının olduğunu göstərir.
Qeyd edilib ki, reytinqin artırılması şirkətin maliyyə dayanıqlılığının və dövlət dəstəyinin gücləndiyini, eləcə də layihənin regional enerji təhlükəsizliyindəki strateji əhəmiyyətini əks etdirir.