Trampla Zelenski Ukraynanın hava məkanını gücləndirmək barədə razılığa gəlib - YENİLƏNİB Dünya

Trampla Zelenski Ukraynanın hava məkanını gücləndirmək barədə razılığa gəlib - YENİLƏNİB

Zelenski Trampla telefon danışığında Ukraynaya dəstəyə görə minnətdarlığını ifadə edib və müharibə ilə bağlı vəziyyəti müzakirə edib.

APA xəbər verir ki, Volodimir Zelenski bununla bağlı özünün “X” hesabında paylaşım edib.
“Biz Amerika ilə çox şeyə nail olmuşuq və sülhün bərqərar edilməsi üçün göstərilən bütün səyləri dəstəkləyirik. Mən bu gün ABŞ Prezidenti ilə mövcud vəziyyəti müzakirə etdim, o cümlədən, hərbi əməkdaşlığımızdakı fürsətlərə diqqət çəkdik və Ukraynanın hava məkanının qorunmasını gücləndirmək barədə razılığa gəldik. Ukrayna Amerika ilə müştərək layihələrə hazırdır”, - Zelenski qeyd edib.

***

17:48

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

APA xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.