

Pakistanın Karaçi liman şəhərində beşmərtəbəli bina çöküb.
Xalqcəbhəsi.az-ın “sondakika.com”a istinadən xəbərinə görə, binanın çökməsi nəticəsində 5 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Səlahiyyətlilər axtarış-xilasetmə qruplarının dağıntılar altında qalanların xilas edilməsi üçün işə başladığını bildirib.