4 İyul 2025 14:49
2 296
Türkiyə bərpa olunan enerji sahəsində təcrübəsini paylaşmağa hazırdır.
APA-nın Xankəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib.
Türkiyə Prezidenti deyib ki, Azərbaycanda Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı sənədlərin təsdiqlənməsi Türkiyədə son mərhələdədir: “Əməkdaşlığın artırılması hamımız üçün faydalıdır. İƏT-in 2035-ci ilə qədər inkişafı müəyyənləşdirəcək Strategiyasından gözləntimiz böyükdür və sənədin tezliklə qəbulunu dəstəkləyirik”.
Rəcəb Tayyib Ərdoğan Şuşanın 2026-ci il İƏT-in mədəniyyət paytaxtı seçilməsi münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.
11:09
133
25 Mart 17:31
1 330
25 Mart 15:12
1 400