

Cəlilabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə yeni Ələt–Astara magistralında Cəlilabad rayonu ərazisində baş verib.
Astara istiqamətində hərəkətdə olan "Toyota" markalı avtomobil idarəetməni itirib.
Nəticədə avtomobil yolun kənarına aşıb.
Hadisə nəticəsində avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.