Azərbaycan və İsrail hökumətləri arasında Birgə Komissiyanın 4-cü iclası keçirilib
KİV: ABŞ-ın yeni Ukrayna planı Rusiya əleyhinə sanksiyaların ləğvini əhatə edir
Səfir: Latviya Azərbaycan və Ermənistan arasında sülhlə bağlı irəliləyişi yüksək qiymətləndirir
Rusiya XİN: "3+3" formatında növbəti görüş ya Bakıda, ya da İrəvanda keçirilməlidir
Zaxarova Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından danışıb
4 İyul 20:48
2 877
Kabarda-Balkariya Respublikasının paytaxtı Nalcikdə atışma baş verib. Hadisə ilə bağlı məlumatı “112” Telegram kanalı yayıb.
Xalqcebhesi.az xəbər verir ki, şahidlərin sözlərinə görə, insident hüquq-mühafizə orqanı əməkdaşı ilə bağlı baş verib.
İlkin məlumata əsasən, yol patrul xidmətinin əməkdaşı naməlum şəxslərin bıçaqlı hücumuna məruz qalıb. Polis əməkdaşı ağır yaralanıb və hazırda həkimlər onun həyatını xilas etməyə çalışırlar.
Hadisə yerinə təcili xidmətlər cəlb olunub. İlkin məlumatlara görə, hücum edən şəxslərdən biri cavab atəşi ilə öldürülüb, digəri isə hadisə yerindən qaçıb. Lakin polis onu tez bir zamanda taparaq saxlayıb.
Məryəm Quliyeva