İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
9 İyul 2025 15:56
2 877
Şəkidə iki avtomobil toqquşub, ana və 12 yaşlı qızı xəsarət alıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Şəki-Oğuz avtomobil yolunun Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində baş verib.
58 yaşlı Şəki sakini Rəşid Umarovun idarə etdiyi “Toyota” markalı avtomobillə 44 yaşlı Oğuz rayonu Bucaq kənd sakini Sərvan İmamverdiyevin idarə etdiyi “VAZ-21012” markalı avtomobil toqquşub. Qəza zamanı “VAZ-21012”də olan iki sərnişin - sürücü S. İmamverdiyevin həyat yoldaşı 37 yaşlı Könül İmamverdiya və 12 yaşlı övladı Ayan İmamverdili xəsarət alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Onların vəziyyətləri orta-stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
25 Mart 17:27
1 323
25 Mart 15:08
1 330
25 Mart 15:03
1 344