İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
15 İyul 2025 19:07
2 443
Polis əməkdaşları tərəfindən ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən Xalqcebhesi.az-a verilən məlumata görə, Sumqayıt şəhərində həyata keçirilən növbəti tədbir zamanı yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunub, onlarla maarifləndirici söhbətlər aparılıb:
"Sürücülərə qanunvericiliyin tələbləri izah olunub, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılıb. Sumqayıt şəhərində insanların istirahətini pozan, neqativ hərəkətlərə yol verən moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək".
DİN bir daha hər bir yol hərəkəti iştirakçısını diqqətli olmağa və qaydalara riayət etməyə çağırıb.
25 Mart 17:27
1 323
25 Mart 15:08
1 330
25 Mart 15:03
1 344