

Qısa videolar üzrə aparıcı platforma olan TikTok Azərbaycanda yerli icmanın təhlükəsizliyini prioritet hesab edir və yaradıcılıq üçün dostcasına və rahat mühitin formalaşmasına töhfə verir. Təhlükəsizliyi təmin etmək üçün TikTok ən müasir texnologiyalardan və dünyanın dörd bir yanındakı on minlərlə mütəxəssisdən istifadə edir. Platformada 24/7 rejimində aparılan moderasiya İcma Qaydalarını pozan videomaterialları silir. Şəffaflıq prinsipinə uyğun olaraq TikTok hər rüb silinmiş kontentin miqdarını açıqlayır.
İcma Qaydalarına əməl olunmasına dair Hesabata əsasən, 2025-ci ilin birinci rübündə Azərbaycanda:
Xatırladaq ki, ötən il Azərbaycanda üç milyondan çox video silinib.
Eyni zamanda, 2025-ci ilin birinci rübü üçün dünya üzrə, İcma Qaydalarının pozulması ilə əlaqədar:
Bu dövr ərzində silinmiş ümumi məzmunun 87%-dən çoxu avtomatlaşdırılmış moderasiya texnologiyaları vasitəsilə silinib ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Bundan əlavə, TikTok-un moderasiya texnologiyaları canlı yayımlarda İcma Qaydalarını pozan məzmunun daha sürətli müəyyən edilməsinə kömək edib: birinci rübdə 19 milyon canlı yayım dayandırılıb ki, bu da əvvəlki rübə nisbətən 50% çoxdur.