

Yekaterinburqun Leninski Rayon Məhkəməsinə Şıxlinski Mutvalı Şahin oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqdan vəsatət daxil olub.
APA-nın Rusiya bürosu xəbər verir ki, işə bu gün saat 16:00-da 5 saylı məhkəmə zalında baxılacaq.
Qeyd edək ki, ötən gün Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılaraq İstintaq Komitəsimə aparılıb. O, İstintaq Komitəsində dindirilib, ondan iyulun 1-də Baku Plazanın qarşısında saxlanılan zaman baş vermiş insidentlə bağlı izahat alınırb
Xatırladaq ki, iyunun 27-də Yekaterinburqda azərbaycanlılara qarşı keçirilmiş əməliyyatdan sonra yerli hüquq mühafizə orqanları iyulun 1-də Azərbaycan diasporunun sədri Şahin Şıxlinskiyə də qarşı əməliyyat keçiriblər. Şıxlinski avtomobildə hərəkətdə olan zaman xüsusi təyinatlı qüvvələr maşının qarşısını kəsib, zor tətbiq edərək Azərbaycan diasporunun sədri və oğlu Mutvalı Şıxlinskini saxlayıblar. Saxlanılan zaman sükan arxasında olan Mutvalı Şıxlinski özünü itirərək avtomobili geriyə sürüb, bu zaman avtomobilin dəydiyi hüquq mühafizə orqanının əməkdaşı yerə yıxılıb.