

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Zaqatala rayon Bəhmətli kəndində fərdi yaşayış evində yanğın olub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonun Bəhmətli kəndində Oruc Dursunəli oğlu Qaraxanova məxsus ümumi sahəsi 180 m² olan kürsülü birmərtəbəli üç otaqdan ibarət fərdi yaşayış evində yanğın olub.
Yanğın nəticəsində evin 140 m²-lik sahəsinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ev sahibi Oruc Qaraxanov Zaqatala rayon İcra Hakimiyyəti başçının Zaqatala şəhər üzrə nümayəndəsidir.