İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
12 Avqust 2025 13:35
2 408
Lökbatan–Qobu yolunda təhlükə yaradan sürücü saxlanılıb.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən xəbərə görə, Qaradağ rayonu, Lökbatan–Qobu yolunda “Ford” markalı yük avtomobilinin sürücüsünün tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına çıxaraq qarşıdan gələn sərnişin avtobusu və digər nəqliyyat vasitələri üçün real təhlükə yaratması ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər BDYPİ-də araşdırılıb.
Araşdırma nəticəsində yolda özü, sərnişinləri və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradan sürücünün Emil Cəfərli olduğu müəyyən edilib. O, YPX Alayının əməkdaşları tərəfindən stasionar postda saxlanılıb və barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə müraciət edərək, onları yollarda təhlükəli manevrlərə yol verməməyə, digər hərəkət iştirakçılarının həyatına hörmətlə yanaşmağa və qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır.
25 Mart 17:27
1 323
25 Mart 15:08
1 330
25 Mart 15:03
1 344