“Süni şəkildə şişirilmiş qiymətlərdə enmələr başlayıb”
8 Dekabr 21:22
8 Dekabr 21:22
8 Dekabr 20:52
8 Dekabr 17:11
8 Dekabr 15:45
14 Avqust 11:39
2 268
Salyanda keçmiş arvadını öldürməyə cəhddə təqsirləndirilən Seyyidmehdi Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA xəbər verir ki, Lənkəran Ağır Cinayət Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Seyyidmehdi Babayev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 31 dekabr 2024-cü ildə baş verib. İttihama görə, Seyyidmehdi Babayev keçmiş arvadı Şəbnəm Əliyevanı aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı boyun və döş qəfəsinə bıçaqla zərbələr vurub. Daha sonra yumruq və beton parçası ilə başına zərbələr endirib.
Ona Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
8 Dekabr 20:41
833
8 Dekabr 17:57
1 092
8 Dekabr 16:25
1 043