“Süni şəkildə şişirilmiş qiymətlərdə enmələr başlayıb”
8 Dekabr 21:22
8 Dekabr 21:22
8 Dekabr 20:52
8 Dekabr 17:11
8 Dekabr 15:45
14 Avqust 12:11
2 338
Paytaxtda oğurluq və dələduzluq edən şəxslər saxlanılıb.
DİN-dən verilən xəbərə görə, Nizami rayonunda talama cinayəti qeydə alınıb. Paytaxt sakininin rayon ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən 1100 manat dəyərində qol saatı və mobil telefonu oğurlanıb.
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı S.Abiyev tutulub.
Şöbə əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə qadın vətəndaşın dələduzluq yolu ilə bank kartından 1500 manat ələ keçirən 30 yaşlı X.Əskərov müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
8 Dekabr 20:41
833
8 Dekabr 17:57
1 092
8 Dekabr 16:25
1 043