Naxçıvanda “XTQ veteranları, şəhid ailələri ilə işingücləndirilməsi” Forumu keçirildi Hadisə

Naxçıvanda “XTQ veteranları, şəhid ailələri ilə işingücləndirilməsi” Forumu keçirildi

22 avqust 2025-ci il tarixində Naxçıvan şəhərindəAzərbaycan Respublikasının Qeyri-Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “XüsusiTəyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimaiBirliyinin təşkilatçılığı ilə “XTQ veteranları, şəhid ailələriilə işin gücləndirilməsi” adlı forum uğurla baş tutdu. Tədbir Azərbaycan və Türkiyədən olan qazi və şəhidailələrinin iştirakı ilə həyata keçirildi.

Forum Azərbaycan və Türkiyə dövlət himnlərininsəsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəliksükutla yad edilməsi ilə başladı. Ardınca tədbirçərçivəsində dövlət rəsmiləri, qazi və şəhid ailələrininnümayəndələri çıxış edərək iki qardaş xalqın birliyinin, həmrəyliyinin və fədakarlığının əhəmiyyətini vurğuladılar.

XTQ Qaziləri, Şəhid Ailələri və Veteranları İctimaiBirliyinin sədri Bəhruz Məmmədzadə çıxışında bildirdiki, “Bu forum dövlətimizin dəstəyi ilə bizim birliyimizinsəsini dünyaya çatdırmaq, şəhidlərimizin müqəddəsxatirəsini yaşatmaq və qazilərimizin yanımızda olduğunugöstərmək baxımından mühüm əhəmiyyət daşıyır. Biz inanırıq ki, bu kimi tədbirlər gələcəkdə daha güclühəmrəylik və sosial dəstək mexanizmlərinin qurulmasınayol açacaq.”

Milli Məclisin deputatı Vüqar Rəhimzadə vurğuladı ki, “Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı Azərbaycandövlətinin və xalqının gücünün əsas dayağıdır. Bu forum da həmin dəyərlərin yaşadılması üçün vacib addımdır. Biz onların qəhrəmanlığını yalnız xatırlamamalı, həm dəgündəlik həyatımızda gənc nəslə ötürməliyik.”

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsuluAsip Kaya qeyd etdi ki, “Türkiyə və Azərbaycanarasındakı qardaşlıq, xüsusən də şəhid ailələri vəqazilərimizin birliyi üzərində daha da möhkəmlənir. Bu forum qardaş ölkələrimiz arasındakı sarsılmaz bağlarınbariz nümunəsidir.”

Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirdi ki, “Bizimborcumuz şəhidlərin ailələrinə və qazilərimizə sahib çıxmaqdır. Onların fədakarlığı müstəqilliyimizin təminatıdır. Dövlət və cəmiyyət olaraq bu dəyərlərə sahib çıxmaqgələcək üçün ən böyük zəmanətdir.”

Naxçıvan qaziləri İB sədri, qazi Təbriz Zeynalov dedi ki, “Qazilər olaraq bu forumda iştirak etmək bizə güc vəstimul verir. Bizim birliyimiz həmrəyliyimizdir və buhəmrəylik bizi hər zaman daha da möhkəmləndirir.”

Qars Şəhid və Qazilər Dərnəyinin başqanı Muhsin Ağçay çıxışında bildirdi ki, “Azərbaycan və Türkiyəşəhidlərinin qanı bu torpaqlarda qardaşlığımızı əbədiolaraq möhürləyib. Bu birlik gələcək nəsillərə mirasqoyacağımız ən böyük dəyərdir.”

Şəhid Pəncəli Teymurovun anası Vahimə ana gözyaşları içində bildirdi ki, “Şəhid anaları olaraq qürurluyuq. Övladlarımızı Vətən üçün qurban verdik, bu birlik bizətəsəlli verir. Bizim acımız böyükdür, amma bu kimitədbirlər o dərdi yüngülləşdirir.”

Naxçıvan Şəhid Ailələri İB sədri, şəhid atası MaisGülməmmədov qeyd etdi ki, “Şəhid ailələrinin yanındaolmaq, onların dərdini bölüşmək hamımızın mənəviborcudur. Biz bu birliyi yaşatdıqca övladlarımızın xatirəsidə daim yaşayacaq.”

Ali Məclisin deputatı, şəhid qardaşı Üzeyir Məmmədovdedi ki, “Şəhid qardaşı olmaq məsuliyyətdir. Bu məsuliyyətbizi hər zaman xalqımıza xidmətə sövq edir və bu yoldafədakarlıqdan çəkinmirik.”

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Piri Nağıyevçıxışında qeyd etdi ki, “Mədəniyyət xalqın yaddaşı və ruhudur. Bu forum bir dahagöstərir ki, şəhidlərimizin və qazilərimizin irsi yalnız tarixdə deyil, həm dəmədəniyyətimizdə, gündəlik həyatımızda yaşayır. Biz mədəniyyət vasitəsilə həm onlarınxatirəsini yaşadır, həm də gələcək nəsillərə qəhrəmanlıq nümunəsini ötürürük.”

İki övladını Vətən uğrunda qurban verən şəhid anasıZiba xanım çıxışında bildirdi ki, “Mənim iki oğlum Vətənuğrunda canlarını fəda edib. Onların itkisi ağır dərd olsada, Vətənimizin azadlığı və bütövlüyü üçün bu qurbanıverməkdən qürur duyuram. Bu kimi tədbirlər şəhidanalarının səsini duyurur, dərdimizi paylaşır və bizə təsəlliverir. Mən bütün şəhid anaları adından bu birliyə görətəşəkkür edirəm.”

Türkiyə Müharibə Qaziləri Dərnəyi, Doğu Beyazitşöbəsinin sədri Rəsul İlhan bildirdi ki, “Bu forum həmqardaşlığımızın, həm də birgə gələcəyimizinmöhkəmləndirilməsində mühüm rol oynayır. Qazilər olaraqbu birliyin davamlı olmasına dəstək verməyə hazırıq.”

Tədbir çərçivəsində plaketlərin təqdimatı, xatirə fotosu, mədəniyyət proqramı və nahar mərasimi təşkil olundu. Forum iştirakçılar arasında dostluq, həmrəylik və qarşılıqlıdəstək münasibətlərinin daha da gücləndirilməsi ilə yadda qaldı.

Məlumat üçün bildiririk ki, 23 avqust tarixində Azərbaycanvə Türkiyədən olan şəhid və qazi ailələri üçün Naxçıvanşəhərinin mədəni abidələrinə infotur təşkil olunacaq.