Qobustanda pirə ziyarətə gedən iki qardaş və əmiləri Pirsaat çayında batıb - YENİLƏNİB Hadisə

Qobustanda pirə ziyarətə gedən iki qardaş və əmiləri Pirsaat çayında batıb - YENİLƏNİB

Qobustan rayonunun Poladlı kəndində 3 nəfər çayda boğulub.

APA-nin Şirvan bürosu xəbər verir ki, rayonun Ərəbqədim kənd sakinləri – 1992-ci il təvəllüdlü Rahib Cavadlı və qardaşı uşaqları 2010-cu il təvəllüd Eyyub Cavadlı və 2007-ci il təvəllüdlü Teyyub Cavadlı pirə ziyarətə gediblər.

Eyyub Cavadlı ayağının sürüşməsi nəticəsində Pirsaat çayına düşüb. Onu xilas etmək istəyən əmisi və qardaşı da çayda boğulublar.

Faktla bağlı araşdırma aparılır.

***

saat 18.37

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Pirsaat çayının Qobustan rayonunun Poladlı kəndindən keçən hissəsində 3 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verlən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.