

1 Sentyabr 12:50
1 Sentyabr 12:12
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Zərərli xarici təsirlərə qarşı sayıqlığın artırılması" adlı layihəsinin icrasını yekunlaşdırıb.
ADİİM-in mətbuat xidmətindən verilən məlumata görə, layihə çərçivəsində (01.06.2025 -31.08.2025) layihə mövzusuyla bağlı 10 maarifləndirici yazı hazırlanıb MEDİA reyestrindən qeydiyyatdan keçən 10 internet resursunda və AXC TV-də 3 veriliş hazırlanıb ictimailəşdirilib.
Həm yazılarda, həm də müxtəlif aktual mövzulu verilişlərdə ekspertlər qeyd ediblər ki, gənclərin xarici təsirə boyun əyməməsi üçün milli şüurun, vətənə bağlılığın və mənəvi dəyərlərin təməlini erkən yaşlardan qoymaq vacib şərt kimi çıxış edir. Azərbaycan gəncliyi həm milli, həm də qlobal məsələlərə dair bilik və bacarıqlara sahib olmaqla yanaşı elmi və intellektual səviyyədə dünyanın digər ölkələrinin gəncləri ilə rəqabət aparmaq qabiliyyətini özündə əxz edir. Milli vətənpərvərlik amili isə xarici zərərli ideologiyaların təsirinə qarşı müqaviməti və immüniteti artırır.
Bəli, xaricdən gələn ziyanlı ideoloji təbliğatlar bütövlükdə cəmiyyətin inkişafına, milli maraqlara bağlılığa xələl yetirə bilər. Bunun qarşısının alınması üçün isə gənclərin paralel olaraq dünya ilə inteqrasiyada milli maraqları, milli kimliyi və milli ruhu qoruma bacarıqlarını inkişaf etdirmələri əsasdır. Bu mühüm nəticəyə nail olmaq üçün isə həm təhsil, həm də ailədə verilən tərbiyə milli ideallar və dəyərlər üzərində qurulmalıdır.
Bu gün Azərbaycan gəncləri həm müasir texnologiyaların verdiyi imkanlarla ölkənin inkişafına töhfə verməli, həm də tarixi yaddaşlarını qoruyaraq milli dəyərlərə sadiq qalmalı, milli ruhda böyüməlidirlər. Vətən müharibəsindəki qələbə dövlətin gənclər siyasətinin düzgün istiqamətdə olduğunu bir daha sübut etdi. Azərbaycanın gələcək inkişafı və təhlükəsizliyi məhz bu gənclərin vətənpərvərliyi, milli ruhu və biliyi ilə təmin ediləcək.