Qala-Pirallahı yolunda mikroavtobus qəzaya düşüb, 19 nəfər xəsarət alıb - YENİLƏNİB Hadisə

Qala-Pirallahı yolunda mikroavtobus qəzaya düşüb, 19 nəfər xəsarət alıb - YENİLƏNİB

Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə sentyabrın 8-də saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın cinsli, 1 kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Gülcahan Məmmədova

***

10.10

Paytaxtın Xəzər rayonunda yol qəzası baş verib.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi (DYP) İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi polis kapitanı Toğrul Nəsirli APA-nın sorğusuna cavab olaraq bildirib ki, bu gün səhər saatlarında rayonun Qala-Pirallahı yolu ərazisində "Hyundai" markalı avtomobillə "Mercedes" markalı mikroavtobus toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.