3 Aprel 18:32
2 758
Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinin mərkəzinə pilotsuz uçuş aparatları ilə zərbəsi nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
Bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.
Məlumata görə, şəhərin Şevçenkovski rayonunun mərkəzi küçələrindən birinə dronun düşməsi nəticəsində bir neçə avtomobil yanıb, iki tibb müəssisəsinə ziyan dəyib.
Vilayət rəhbəri qeyd edib ki, Xarkova hücumlar artıq üç gündür davam edir.
29 May 14:34
1 603
29 May 11:35
1 463
29 May 09:45
1 519