Rusiyanın Xarkova dron hücumunda 2 nəfər ölüb, yaralananlar var
Həlak olmuş iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub
Emin Əmrullayev Şimali Kipr Türk Respublikasının Baş naziri ilə görüşüb
DTX rəisi: Qlobal və regional gərginliklərə baxmayaraq, ölkədə siyasi sabitlik qorunub saxlanılıb
17:35
532
Nizami Kino Mərkəzinin divarlarının bir qrup gənc tərəfindən rənglənməsinin, yazılmasının mahiyyətinə baxsaq, bunu vandalizm kimi qiymətləndirmək olar.
Bu sözləri APA-ya açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.
O bildirib ki, tarix və mədəniyyət abidələrinə münasibətin bu formada ifadə olunması açıq şəkildə vandalizm aktıdır: “Eyni zamanda bu, şəhərimizin gözəlliyinə qarşı bir təcavüzdür. Bakı şəhəri gündən-günə daha da gözəlləşir. Şəhərin gözəlləşdirilməsi bir tərəfdən memarların, arxitektorların, tikinti şirkətlərinin və dizaynerlərin işidirsə, digər tərəfdən onu qoruyub saxlamaq şəhər sakinlərinin məsuliyyətidir. Belə hallara qətiyyən yol verilməməlidir. Təəssüf ki, bəzi hallarda bu cür hadisələrin baş verməsi bizim laqeydliyimizdən qaynaqlanır. Çünki bəzən gözümüzün qarşısında baş verən hadisələrə qarşı münasibət bildirilmir, etiraz edilmir. Bu baxımdan məsələ artıq ümumi ictimai məsuliyyət xarakteri daşıyır”.
Onun fikrincə, gənclərin, xüsusilə də yeniyetmələrin bu cür hadisələrdə iştirak etməsi ailədaxili tərbiyə və təlim məsələlərində müəyyən problemlərin mövcud olduğunu da göstərir: “Bununla yanaşı, məktəblərdə də bu məsələlərə diqqət yetirilməsi olduqca vacibdir. Düşünürəm ki, biz hər şeydən əvvəl öz tariximizi, milli-mədəni irsimizi təbliğ etməliyik. Bu iş ailədən başlamalı, uşaqlarımıza bu dəyərlərə hörmət ruhu aşılanmalıdır. Əgər biz uşaqlarımıza bu dəyərlərin əhəmiyyətini göstərə bilsək, şübhəsiz ki, gələcək nəsil də onları daha yüksək qiymətləndirəcək və qoruyacaq”.
11:12
987
2 Aprel 19:58
1 211
2 Aprel 14:04
1 421