3 Aprel 16:10
4 158
Quba rayonunda son günlər yağan güclü leysan yağışları nəticəsində yaranan sel suları bir sıra ərazilərdə fəsadlara səbəb olub.
APA-nın bölgə müxbirinin məlumatına görə, xüsusilə Rustov və Xanəgah kəndləri istiqamətində Cağacuq çayında suyun səviyyəsinin artması nəticəsində infrastruktur zərər görüb.
Belə ki, sel nəticəsində 3 körpü və təxminən 100 metr uzunluğunda asfalt örtüyü yararsız vəziyyətə düşüb. Bunun nəticəsində Xanəgah kəndinə giriş-çıxış çətinləşib, kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi məhdudlaşıb.
Hazırda ərazidə yaranmış fəsadların aradan qaldırılması istiqamətində müvafiq qurumlar tərəfindən tədbirlər görülür.
Qeyd edək ki, bölgədə müşahidə olunan qeyri-sabit hava şəraiti digər yaşayış məntəqələrində də oxşar problemlərə səbəb olub.
16:42
784
16:41
777
16:22
742