Britaniya HHM sistemləri Küveyt səmasını qoruyacaq Dünya

Britaniya HHM sistemləri Küveyt səmasını qoruyacaq

Britaniyanın "Rapid Sentry" hava hücumundan müdafiə (HHM) sisteminin Küveytdə yerləşdirilməsi regiondakı hər iki ölkənin hərbi qulluqçularını qorumaq və münaqişənin eskalasiyasının qarşısını almaq məqsədi daşıyır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin Küveytin vəliəhd şahzadəsi Sabah Xalid əl-Həməd əs-Sabah ilə telefon danışığının yekunlarına dair Baş nazir dəftərxanasının yaydığı bəyanatda deyilir.

"Tərəflər Britaniyanın 'Rapid Sentry' HHM sisteminin Küveytdə yerləşdirilməsini müzakirə ediblər. Bu sistem regiondakı Böyük Britaniya və Küveyt hərbçilərini qoruyacaq və vəziyyətin daha dərin münaqişəyə çevrilməsindən qaçmağa imkan verəcək", — deyə kommünikedə bildirilir.

Qeyd olunur ki, Starmer cümə günü gecə saatlarında Küveytin Əl-Əhmədi limanı yaxınlığındakı neft emalı zavoduna pilotsuz uçuş aparatı ilə edilən hücumu pisləyib. Tərəflər həmçinin Hörmüz boğazının açılması məsələsini müzakirə ediblər.

Məryəm Quliyeva