

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Qeyri-ənənəvi radikal təriqətlərin yayılması və onların təsir imkanlarının artması bizi narahat etməlidir”.
Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, son proseslər, dünyada gedən hadisələr onu göstərir ki, dindən alət kimi istifadə olunur: “Azərbaycanın uğurları artdıqca müəyyən qüvvələr xüsusilə dini sahədə aktivləşirlər. Din bu gün onlar üçün əsas təsir alətinə çevrilib. Gələcəkdə bu cəhdlər artacaq. Bizə yad olan qeyri-ənənəvi təriqətlər yayılır. Buna görə də təklif edirəm ki, ölkədə dini sahə ilə bağlı dinləmə keçirilsin”.