

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Ağdam rayonunda 16 yaşlı qıza təcavüz etməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılan dörd nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
APA-nın yerli müxbiri xəbər verir ki, sözügedən əməli törətməkdə şübhəli bilinən şəxslər barədə Ağdam rayon məhkəməsində qərar verilib.
**
11:01
Ağdamda 16 yaşlı məktəbli qızın bir qrup şəxs tərəfindən zorakılğa məruz qaldığı iddia olunur.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Yuxarı Yüzbaşılı kəndində qeydə alınıb. Sözügedən faktla bağlı zərərçəkən yeniyetmə ailəsinə məlumat verib. Ailəsi isə yerli hüquq-mühafizə orqanlarına məlumat verib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, Ağdamda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.
Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.