5 Dekabr 22:04
5 Dekabr 21:38
3 Oktyabr 19:18
2 800
Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib.
"Report"un əldə etdiyi məlumata görə, o, bu gün 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.
Xatırladaq ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. 1967-1973-ci illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu "Müalicə işi" ixtisası üzrə bitirib. Bir sıra xəstəxanalarda və vəzifələrdə çalışan O.Şirəliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci il oktyabrın 20-də səhiyyə naziri təyin olunub, 2021-ci il aprelin 23-dək bu vəzifədə çalışıb.
O, 2015-ci il avqustun 12-də səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.
6 Dekabr 14:23
1 512
6 Dekabr 13:33
1 491
6 Dekabr 11:55
2 121