Göygöldə baş verən qəzada xəsarət alanlardan 3-nün adı məlum olub Hadisə

Göygöldə baş verən qəzada xəsarət alanlardan 3-nün adı məlum olub

Göygöldə baş verən qəzada xəsarət alanlardan üçünün adı məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, iki minik maşınının toqquşması zamanı xəsarət alanlar 1977-ci il təvəllüdlü T. Orucov, 2010-cu il təvəllüdlü A.Oruclu, 1985-ci il təvəllüdlü L.Məmmədova və daha bir nəfərdir.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, yaralılara Göygöl xəstəxanasında ilkin yardım göstərilib, daha sonra onlar Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya göndərilib.