

Sentyabr ayında narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 685 kiloqram 575 qram narkоtik vasitə, 5960 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
APA xəbər verir ki, bu barədə DSX Mətbuat Mərkəzinin məlumatında bildirilib.
Məlumata görə, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 8 milyon 629 min 755 manat оlan qaçaqmal, о cümlədən dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.