

“Bu dəhliz vasitəsilə illik 5 milyon tondan artıq yük daşınacaq”
Polis səkilərdə avtomobillərin parklanması ilə bağlı çağırış edib
Mədəniyyət Nazirliyi Ənvər Həsənovun qəbirüstü abidəsinin hazırlanmasından imtina edib
Azərbaycan, Rusiya, İran və Hindistan gömrük əməkdaşlığına dair memorandum imzalaya bilər
Naftalan neftinin çıxarılması, emalı, saxlanılması və sanatoriya-kurort müəssisələrinə paylanılması Qaydaları təsdiqlənib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Bu Qaydalar elmi-texniki nailiyyətlərin texnoloji proseslərdə tətbiqi, qabaqcıl texnologiya, avadanlıq, xammal və enerji resurslarından qənaətlə istifadəsi, əmtəə məhsullarının çeşidinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi amilləri nəzərə alınmaqla, Naftalan neftinin çıxarılması, emalı, saxlanılması və sanatoriya-kurort müəssisələrinə paylanılması qaydalarını müəyyən edir.
Neftin emalı xüsusi texnologiyalar əsasında aparılmalı, tərkibindəki toksik təsirə malik aromatik karbohidrogenlər, naften turşuları və kükürdlü birləşmələrin faizlə miqdarı minimuma endirilməlidir. . Neftin saxlanılması prosesində onun tərkibinin dəyişməməsi və keyfiyyətinin qorunması əsas texniki-texnoloji şərt hesab edilir. İstehlakçı neftin qəbulundan əvvəl və ya istifadə prosesində sanitar-bakterioloji uyğunluğu təmin etmək məqsədilə zəruri hallarda laborator müayinələrin aparılması hüququna malikdir.